Azərbaycanda ən yaxşı və xəstələrin daha çox müraciət etdiyi sanatoriyalardan biri “Bilgəh” Kardioloji Sanatoriyasıdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
28-08-2023, 14:22
“Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədov - Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Əziz və hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirik! Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.
Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik! Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.
Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva təcrübəli siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətdir. Milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliği sahəsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən birinci xanım, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı mübarizə aparan ən yaxın silahdaşıdır. Mehriban xanım Əliyeva qadının nə ailəni karyeraya, nə də karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir.
1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Mehriban Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Ulu öndər Heydər Əliyevin oğlu və siyasi davamçısı cənab İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var. Fəaliyyəti dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olan Mehriban xanım Əliyeva 2 fevral 2017-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Təkcə Azərbaycanın deyil, bütün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderi, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətində böyük uğurlar arzu edirik.
“Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Muxtar Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Muxtar Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası, “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyası Bakı şəhərinin 40 km-də Abşeron yarımadasının Şimal sahilinin ən mənzərəli yerlərindən birində Bilgəh qəsəbəsində dəniz səviyyəsindən 20 metr yüksəklikdə yerləşir. Sanatoriya 1971-ci ildən kardioloji sanatoriya kimi fəaliyyət göstərir. Ərazisi 19,8 hektardır. Sanatoriyanın yerləşdiyi yerin iqlimi mülayim, quru və istidir. Əsəb sisteminə müsbət təsir göstərən yod brom ionları ilə zəngindir. Xəzər dənizində ilin 5-6 ayında çimmək mümkündür. Sanatoriyanın narın quma malik geniş ərazili çimmək üçün ən münasib, gigiyenik təmiz çimərliyi vardır və bu xidmətdən həkim nəzarəti altında xəstələr istifadə edir. “Bilgəh” kardioloji sanatoriyasının profili ürək qan-damar sisteminin xəstəlikləri olmaqla, il boyu fəaliyyət göstərir və 447 çarpayılıqdır.Sanatoriyada 1 ədəd 4 mərtəbəli yataq korpusu, 2 ədəd 2 mərtəbəli yataq korpusu, 5 ədəd 1 və 2 mərtəbəli lyuks, yarım lyuks tipli koteclər vardır. Bundan əlavə bir geniş profilli müalicə-diaqnostika şöbəsi, 400 nəfərlik qış klubu və konsert zalından, 450 nəfərlik yeməkxanası, bir zəngin kitabxanası, idman meydançası, açıq havada yerləşən trinajor meydançası, tenis kordu vardır. Sanatoriya zəngin landşaft faktorlarına, çoxlu yaşıllıqlarla əhatə olunmuş və abadlaşdırılmış geniş əraziyə malikdir. Ərazidə əlavə bisketlər (gündən qorunma) düzəldilib və oturacaqlar vardır. Ərazidə 160 maşın üçün dayanacaq vardır. Sanatoriyanın həyətində əlavə kafe və çayxana xəstələrin ixtiyarındadır.
Sanatoriyanın müalicə arsenalında aşağıdakı faktorlar vardır: İqlim müalicəsi, dozalanmış marşrutlarla gəzintilər, səhər gimnastikası, müalicə bədən tərbiyəsi, günəş və hava vannaları, dənizdə çimmək, təbii yod-brom vannaları, sualtı duş masaj və müxtəlif duşlar, masaj, müxtəlif elektrofizioterapevtik müalicə üsulları, işıq və solyuksla naftalan müalicəsi, parafin yaxması ilə müalicə, inqolyasiya, müxtəlif dərmanlarla elektroforezlər, darsanval, amplipuls, ultrasəs, maqnitlə müalicə, müxtəlif kvarslarla müalicə üsulları vardır. Diaqnostika arsenalında elektrokardioqrafiya, ultrasəslə müayinə kabinetləri, klinik diaqnostika və biokimyəvi laboratoriyalar fəaliyyət göstərir. “Bilgəh” kardioloji sanatoriyasında psixoterapevtik, stomotoloji, genikoloji, uroloji kabinetlər vardır ki, buda xəstələrin hər tərəfli müayinəsinə və müalicəsinin düzgün aparılmasına şərait yaradır. Sanatoriyada bütün gün ərzində fəaliyyət göstərən 2 tibb məntəqəsi vardır. Hər bir tibb məntəqəsində təcili və təxirəsalınmaz yardım üçün dərman preparatları vardır və həmin məntəqələrdə daimi fəaliyyət göstərən tibb bacıları və həkimlər çalışır. Yeməkxanada xəstələr pəhriz yeməkləri ilə əhatə olunmuşdur. Yeməkxanada əsasən 9, 10, 15 saylı dietalardan istifadə olunur. Əlavə olaraq yeməkxanada tərəvəz stolları təşkil olunmuşdur. Asudə vaxtlarında xəstələrl ətanınmış yazıçılar, şairlər, elm adamları və incəsənət xadimləri ilə görüşlər təşkil olunur. Xəstələr üçün tarixi abidələrə ekskursiyalar və şəhər gəzintiləri təşkil olunur. Xəstələrin asudə vaxtlarının şən keçməsi üçün konsertlər və rəqs gecələri keçirilir. Stol üstü oyunlardan nərd, domino, bilyard üzrə yarışlar keçirilir. Xəstələr açıq havada olan trinajorlardan, tenis kordundan və futbol meydançasından istifadə edirlər. Sanatoriyanın zəngin kitabxanası daim xəstələrin istifadəsindədir.