Abşeron Logistika Mərkəzinin idarə heyyətinin sədri Ziya Ağayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ziya Ağayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ziya Ağayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
ABŞERON LOGİSTİKA MƏRKƏZİ İLƏ BİR SIRA QIRĞIZISTAN ŞİRKƏTLƏRİ ARASINDA MEMORANDUM İMZALANIB
Abşeron Logistika Mərkəzi ilə “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi, həmçinin “Qırğızıstan Poçt” ASC və “Smart Logistics” arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Verilən məlumata əsasən, “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi ilə imzalanan memorandumun məqsədi yükdaşımaları sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dəmir yolu nəqliyyatı ilə yükdaşımalarını təkmilləşdirmək, nəqliyyat və logistika sisteminin irəliyə doğru tərəqqi etməsi üçün plan və strategiyaları hazırlamaqdan ibarətdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində tranzit və idxal-ixrac yükləri üçün müasir logistik həllərin hazırlanması da nəzərdə tutulub.
Mərkəz ilə “Qırğızıstan Poçt” ASC arasında imzalanan memorandumda beynəlxalq logistika sahəsində istehsal, iqtisadi rəqabətliliyi artırmaq, yeni logistik həllərin təklifi istiqamətində əməkdaşlıq qurmaq, müxtəlif nəqliyyat növləri üzrə daşımaların təkmilləşdirilməsi nəzərdə tutulub.
Abşeron Logistika Mərkəzi ilə “Smart Logistics” MMC arasında logistik xidmətlər sahəsində qarşılıqlı əməkdaşlıq haqqında imzalanan memorandumda isə yüklərin qəbulu, yenidən hesablanması, saxlanılması, emalının təşkili, habelə yüklərin anbar sahəsinə yerləşdirilməsi, daşınma sifarişlərinin formalaşdırılması, çıxışa hazırlanması, müvafiq nəqliyyat və göndərilmə sənədlərinin tərtib edilməsi istiqamətində qarşılıqlı təcrübələrin mübadiləsi əks olunub.
Qeyd olunan memorandumlar Gəncə İş Adamları İctimai Birliyi və Azərbaycan-Qırğızıstan Ticarət Evinin birgə təşkilatçılığı ilə Qırğızıstanda baş tutan işgüzar forum zamanı imzalanıb. Bir çox şirkətlərin iştirak etdiyi tədbirin əsas məqsədi ölkələrarası iqtisadi ticarətin gücləndirilməsi və inkişaf etdirilməsidir.
Abşeron Logistika Mərkəzinin idarə heyyətinin sədri Ziya Ağayev - Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq sertifikata malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi ilə xidmətinizdədir. Abşeron Logistika Mərkəzinin nəzdində fəaliyyət göstərən “Abşeron” yük dəmir yolu stansiyasına Azərbaycan Dəmir Yolları QSC tərəfindən 548004 beynəlxalq stansiya kodu verilmişdir.
65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Yaradılmış bir pəncərə sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır.
Mərkəzin fəaliyyəti dəmir yollarından vaqon və konteynerlərin qəbulu proseslərindən başlayaraq yüklərin ünvana çatdırlmasına qədər avtomatlaşdırılmış proqram təminatı vasitəsi ilə həyata keçirilir. Belə ki, mərkəzdə mövcud olan proqram təminatı Azərbaycan Dəmir Yolları və Dövlət Gömrük Komitəsinin proqram təminatları ilə qarşılıqlı inteqrasiya edilərək “bir pəncərə” sisteminin prinsiplərinə uyğun olaraq sahibkarlar üçün fasiləsiz və şəffaf xidmətin göstərilməsinə şərait yaradır. Bu da öz növbəsində həm Dövlət Gömrük Komitəsi, həm də Azərbaycan Dəmir Yolları tərəfindən qarşılıqlı məlumat mübadiləsini təmin etməklə səmərəliliyi artırır.
Məqsədimiz fəaliyyətimizdə davamlı təkmilləşdirməni əsas tutaraq müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da artırılmasıdır.
Logistikanın asan ünvanı olaraq XİDMƏTİNİZDƏYİK.
MİSSİYAMIZ
Müştərilər üçün ilk seçilən biznes tərəfdaşı olaraq;
Peşəkarlığı və şəffaflığı ön planda tutmaqla işimizdə daim innovasiya tətbiq edərək;
Ölkə iqtisadiyyatının inkişafına dəstək olaraq
Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə töhvə vermək.
STRATEJİ BAXIŞIMIZ
Avrasiya üzrə aparıcı logistika mərkəzinə çevrilmək.
DƏYƏRLƏR
Dürüstlük
Biznesimizin təməlində dürüstlük dayandığı üçün verdiyimiz sözlərə görə müştərilərimiz qarşısında məsuliyyət daşıyırıq. Biz özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq bütün gündəlik işlərimizdə ən yüksək etik standartları tətbiq edirik.
İnnovasiya
Müasir dövrdə daim dəyişən müştəri tələbatının dolğun ödənilməsi üçün müxtəlif kanallar vasitəsilə yüksək keyfiyyətli, innovativ məhsul və xidmətlərimizi təklif edirik.
Biz, innovasiyaları təşviq edir, daima sektorun qabaqcıl praktika nümunələrini tətbiq etdirik.
Gördüyümüz işlərdə mükəmməlliyi tətbiq etməklə uğurlar əldə edirik. Qarşılaşdığımız maneələrdən də əldə edilə biləcək imkanları görməyə çalışır və həmişə peşəkar səriştəni rəhbər tuturuq.
Peşəkarlıq
Müştərilərimizin biznes ehtiyaclarını öyrənərək onların ehtiyaclarına uyğun həllər tətbiq edirik. Biz həmişə qoyduğumuz standartlara riayət edirik və öz işimizə peşəkar şəkildə yanaşırıq. Bütün gördüyümüz işlərin məsuliyyətini qəbul edirik və diqqətimizi müştərilərimiz üçün “ilk seçim” biznes tərəfdaşı olmağa yönəldirik.
Təhlükəsizlik
Abşeron Logistika Mərkəzi bütün işçilərini özünün ən mühüm dəyəri kimi qiymətləndirir və bütün işçilərin təhlükəsiz və sağlam iş mühitində çalışmasını təmin edir. Təhlükəsiz iş mühitinin yaradılması, yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması daim diqqət mərkəzindədir.
Ətraf mühitə qayğı
Fəaliyyətimizin bütün aspektlərində ətraf mühitə təsiri minimuma endirmək məqsədimizdir. Biz çalışırıq ki, gündəlik fəaliyyətimiz ətraf mühitə minimal təsir göstərsin.
Ətraf mühitə qayğı ilə yanaşırıq və “yaşıl” şirkət olmaq üçün səy göstəririk.