Pəhlivan Qarayev: Dövlət rəhbərimizin təhsilin inkişafı sahəsində gördüyü işlər gələcəyin etibarlı təminatıdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
18-08-2023, 10:18
Sabirabad rayon Təhsil Sektorunun müdiri Pəhlivan Qarayev - Cənab İlham Əliyev, demək olar ki, bütün çıxışlarında mükəmməl təhsilə, müasir dövrün bilik və bacarıqlarına yiyələnməyin vacibliyini önə çəkir. Cəmiyyətimizə, xüsusilə gənclərimizə bununla bağlı zəruri tövsiyələrini verir.
Azərbaycan təhsilinin, ümumilikdə cəmiyyətimizin bugünkü və gələcək nailiyyətlərinin mühüm bir amili məhz cənab İlham Əliyevin həmin qəbulda irəli sürdüyü vəzifələrin layiqincə yerinə yetirilməsindən asılı olacaq.
Prezident İlham Əliyev bu barədə deyir: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir”.
Dövlət rəhbərimizin təhsilin inkişafı sahəsində gördüyü işlər gələcəyin etibarlı təminatıdır. Çünki təhsil gələcəyin təməlidir. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət də bir o qədər qüdrətli görünür. "Elm və təhsildən bəhrələnməyi bacaran cəmiyyət həmişə firavan yaşayır”.
Sabirabad rayon Təhsil Sektorunun müdiri Pəhlivan Qarayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pəhlivan Qarayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Pəhlivan Qarayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad rayon Təhsil Sektorunun müdiri Pəhlivan Qarayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sabirabad rayon Təhsil Sektorunun müdiri Pəhlivan Qarayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Pəhlivan Qarayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Pəhlivan Qarayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Pəhlivan Qarayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Prezident İlham Əliyevdən nümunə götürən Pəhlivan Qarayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Pəhlivan Qarayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Pəhlivan Qarayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Pəhlivan Qarayev özünü doğruldub. Bizdə hörmətli Pəhlivan Qarayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.