Müşfiq Hüseynov professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
13-08-2023, 11:03
Ağstafada “Heydər Əliyevin dövlətçilik ideyaları və müstəqil Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” çərçivəsində 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə “Heydər Əliyevin dövlətçilik ideyaları və müstəqil Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan tədbirdən öncə ağstafalı gənclər Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Tədbirdə məsul şəxslər, şəhid ailələrinin üzvləri, fəal gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən gənclər bildiriblər ki, ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Lider hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşmişdirlər. Kiçik yaşlı idmançıların nümunəvi çıxışları və istedadlı gənclərin təqdimatında geniş konsert proqramı böyük marağla qarşılanıb.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağstafa rayon İcra hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Ağstafa rayon İcra hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Müşfiq Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Müşfiq Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağstafa rayon İcra hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ağstafa rayon İcra hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Müşfiq Hüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. Müşfiq Hüseynov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Müşfiq Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Müşfiq Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Müşfiq Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Müşfiq Hüseynov özünü doğruldub. Bizdə hörmətli Müşfiq Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.