Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Bölgə
7-06-2023, 15:44
Lənkəranda Çay festivalı keçirilib
4-6 iyun tarixlərində Lənkəran şəhərində Çay festivalı keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin və "Azerçay"ın təşkilatçılığı ilə baş tutan tədbir Lənkəran şəhər Heydər Əliyev xatirə parkında açıq havada 3 gün davam edib. İştirakçılara müxtəlif animasiyalar, sürpriz hədiyyələr təqdim olunub, milli adət-ənənəmizə uyğun oyunlar və məşhur müğənnilərin iştirakı ilə konsert proqramı keçirilib. Festival çərçivəsində təşkil olunan müxtəlif yarışmalarda qalib olanlar hədiyyələrlə mükafatlandırılıblar.
Festivalın bağlanış mərasiminə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri və geniş ictimaiyyətin nümayəndələri qatılıblar. İcra başçısı “Azerçay”ın stendləri ilə tanış olub və təşkil olunan konsert proqramında iştirak edib.
Taleh Qaraşov şəhid Ağalı Zaurun anasının yas mərasimində iştirak edib
Ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğının göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini gündəlik fəaliyyət istiqaməti olaraq həyata keçirən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iyunun 6-da şəhid Ağalı Zaurun anasının yas mərasimində iştirak edib. Bildirilib ki, dövlət hər zaman şəhid ailələrinin yanındadır, onların sevinclərinə və acılarına şərikdir. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi yas mərasimində mərhumun həyat yoldaşına başsağlığı verilib və eyni zamanda, yas mərasiminin keçirilməsi üçün şəhidin ailəsinə maddi dəstək göstərilib.
Şəhid atası Kamil Ağayev istər sevincli, istərsə də acılı günlərində yanlarında olan şəhər İcra hakimiyyətinin başçısından razılığını ifadə edib. Dövlətin qayğı və diqqətini hər zaman yaxından hiss etdiyini vurğulayan K.Ağayev ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildirib.