Rafiq Cəlilov daim şəhid ailələrinə diqqət və qayğı göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
3-07-2023, 11:40
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rafiq Cəlilovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rafiq Cəlilov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Rafiq Cəlilov Həsənli kəndində səyyar qəbul-görüş keçirib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Həsənli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Həsənli kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov - Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə ciddi böhranla üzləşmişdi. Müstəqilliyin ilk illərində ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizliyi ucbatından ordu quruculuğunda heç bir ciddi addım atılmamış, silahlı qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazilərini bir-birinin ardınca itirmək məcburiyyətində qalmışdı.
1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qarşısında dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, torpaqlarımızı işğal edən düşmənin qarşısını almaq, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifələr dururdu. Yaranmış acınacaqlı durumda bütün sahələrdə köklü islahatların aparılmasına ehtiyac yaranmışdı. Ölkədə vəziyyətin sabitləşməsinə nail olmadan xarici investorları cəlb etmək, iri neft şirkətləri ilə müqavilələr imzalamaq, iqtisadi böhran və tənəzzül mərhələsindən çıxmaq mümkün deyildi. Belə bir şəraitdə Prezident səlahiyyətlərinin icrasına başlayan Ulu Öndər Heydər Əliyev qısa müddətdə bütün sahələrdə vəziyyəti sabitləşdirməyə nail oldu.
Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.
Atəşkəsə qədər artıq on minlərlə insan həlak olmuşdu, qaçqınların və məcburi köçkünlərin sayı isə bir milyonu keçmişdi. Qarabağ münaqişəsindəki atəşkəs mərhələsi təkcə müharibəni dayandırmağa yox, problemin həllini sivil-diplomatik danışıqlar müstəvisinə yönəltməyə imkan verdi.
Ümumilikdə, atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. Bu mərhələdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin ən mühüm qollarından birinə çevrildi.
Yaranmış sabitlik həmçinin regionda beynəlxalq əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırmağı da mümkün etdi. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Azərbaycandakı neft-qaz yataqlarının işlənməsi sayəsində ölkəmizdə görünməmiş iqtisadi yüksəliş baş verdi.