Famil Rəhimov: Azərbaycanın tarixi zəfərləri dünya siyasətində yeniliklərə yol açıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
16-09-2024, 12:15
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Famil Rəhimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Famil Rəhimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Famil Rəhimov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Famil Rəhimov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Famil Rəhimovda məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov - Prezident İlham Əliyev nəyi, necə, nə vaxt etmək lazım olduğunu atdığı uğurlu addımlarla təsdiqləyir. Azərbaycan Ordusu cəmi 44 gün ərzində Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi. Ali Baş Komandan İlham Əliyev bu günlər ərzində xalqa müraciətində bildirirdi ki, düşmən silahları yerə qoysun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini versin və biz müharibəni dayandırmağa hazırıq. Müqəddəs ocağımız, alınmaz qala sayılan Şuşanı azad etdikdən sonra düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və Kapitulyasiya Aktına imza atmağa məcbur oldu. Cənab İlham Əliyev ötən il Xankəndi şəhərində üçrəngli dövlət bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində həmin vaxtlara diqqəti yönəldərək vurğuladı ki, o vaxt bəziləri sual verirdi: “Nə üçün biz 2020-ci il noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik? Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”.
Postmüharibə dövründə də xalqımız anlayırdı ki, dövlətimizin başçısı nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir. 2023-cü ildə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Üçrəngli dövlət bayrağımızın işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanması böyük xoşbəxtlikdir və tarixi hadisədir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin yaratdığı reallıqlardan böyük qürur hissi ilə bəhs edərkən bu çağırışı da edir ki, müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana, onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Bu Zəfər ölkəmizin malik olduğu imkanları dünyaya təqdim etdi. Azərbaycan Ordusu üzərinə düşən vəzifəni yerinə yetirmək imkanlarını nümayiş etdirdi. 44 günə 30 ilin işğalına son qoymaq özündə bütün məqamları ehtiva edir. Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan azad edildi.
Postmüharibə dövründə məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olundu. Laçın sərhəd-buraxılış məntəqəsi qurulanadək İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirildi və kütləvi şəkildə müxtəlif yerlərdə basdırıldı. Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində Azərbaycanın rəşadətli ordusunun növbəti dəfə öz missiyasını şərəflə yerinə yetirdiyini, bir gün davam edən lokal antiterror tədbirlərinin uğurlu nəticələrinin sülh müqaviləsinin imzalanlanmasında bütün maneələri aradan qaldıracağına əminliyini diqqətə çatdırdı. Cənab İlham Əliyev “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər” söylədi və onu da bildirdi ki, bu, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaradacaq.
Preizdent İlham Əliyev ölkəmizin suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın həyatında mühüm hadisə olan, 2024-cü il 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində verilən bütün vədlərin yerinə yetirildiyini böyük qürur hissi ilə vurğuladı. Dövlət başçısı bu məqamı da yada saldı ki, hələ Bayraq Meydanının açılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq.
Əsas amal Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları qalib, bütövləşən, yeni Azərbaycanın uğurlarından bəhs edir. Bu Zəfərlər regionda, dünya siyasətində yeniliklərə yol açıb. Ölkəmiz, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Mərhələ-mərhələ bu torpaqlara qayıdış onlara yeni həyat bəxş edir. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq.