Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Sabirabad rayon Qaragüney kənd İ. Qasımov adına 1 nömrəli tam orta məktəbinin direktoru İntizar xanım Nərimanovadır.
Unutmaq olmaz ki, Sabirabad rayon Qaragüney kənd İ. Qasımov adına 1 nömrəli tam orta məktəbinin direktoru İntizar xanım Nərimanova fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət İntizar xanım Nərimanovanın qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan İntizar xanım Nərimanovanın adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz İntizar xanım Nərimanovanın kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda İntizar xanım Nərimanova bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Sabirabad rayon Qaragüney kənd İ. Qasımov adına 1 nömrəli tam orta məktəbinin direktoru İntizar xanım Nərimanova bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
İnsan Hüquqları aylığı çərçivəsində
İnsan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Hər bir insan ayrıseçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil almaq və digər hüquqlara malikdir. İnsan hüquqları bütün şəxslər üçün bərabər və daimi, hər bir ölkədəki insanlar üçün eynidir. Yəni hər bir fərdin hansı ölkədə doğulmasından və ya yaşamasından asılı olmayaraq hüquqları bərabərdir. Onlar ayrılmaz, bölünməz və bir-birinə bağlıdır. Bu o deməkdir ki, onlar heç vaxt insanlardan alına bilməz. Bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkarolunmaz bir hüquq kimi qəbul olunub.
Beynəlxalq aləmdə insan haqları BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi ilə qanuniləşdirilib. İnsan haqları bir çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun şəkildə belə ifadə olunur: "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan haqlarına və azad olmaq hüququna malikdir".
4 İyun 2024-cü il tarixində Sabirabad rayon Qaraguney kənd İ.Qasımov adına 1-nomrəli tam orta məktəbdə Təşkilatçı müavin K.Məlikova tərəfindən "Insan hüquqları" ilə bağlı maarifləndirmə söhbətləri aparıldı