Yeni inkişaf mərhələsinin başlanğıcı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
1-03-2024, 13:56
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseyinin direktoru Mehman Kərimov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseyinin direktoru Mehman Kərimov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan direktordur. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Mehman Kərimovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Mehman Kərimov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Mehman Kərimov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseyinin direktoru Mehman Kərimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mehman Kərimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mehman Kərimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseyinin direktoru Mehman Kərimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
01 mart 2024 cü il tarixdə Beyləqan şəhər şəhid Milli Qəhrəman Elbrus Bayramov adına Təbiət və Hümanitar fənlər təmayüllü liseydə “1 Mart –Ümumdünya Mülki Müdafiə Günü” həsr olunmuş tədbir keçirildi. Tədbirdə Beyləqan rayon təhsil sektorunun nümayəndələri,Gənclər və idman İdarəsinin nümayəndəsi,Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri və Liseyin müəllim və şagird kollektivi iştirak etdi. Mülki Müdafiə tədbirinin keçirilməsində məqsəd dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər sistemidir.