Bir yumruq kimi səfərbər olmuş Xalqımız [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
29-02-2024, 13:47
Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.
Ucar Rayon M.H.Teymurov adına Boyat kənd tam orta məktəbinin direktoru Ləman xanım həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan direktordur. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Ləman xanımın həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Ləman xanım çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Ucar Rayon M.H.Teymurov adına Boyat kənd tam orta məktəbinin direktoru Ləman xanım ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Ucar Rayon M.H.Teymurov adına Boyat kənd tam orta məktəbini 9-cu sinif şagirdləri MART idarəsinin keçirdiyi imtahanda 230 bal toplayaraq Boyat məktəbində 1-ci yerə layiq görülən Nəzərov Həmid Ruhiddin oğlu, 2 ci yerlərdə Niftəliyeva Sona Tural qızı və Nəsirova Nərmin Araz qızı 173 bal hər ikisi eyni bal toplayıb, 3 cü yerə 166 balla Babayeva Zeynəb Mürşüd qızı çıxmışdır.
Xidməti olmuş müəllimlərimiz 1.Sinif rəhbəri Aynur Yusifova 2.Azərbaycan dili və ədəbiyyat Türkan Ələkbərova 3.Riyaziyyat Fəridə Məhərrəmova 4.Xarici dil Aytəkin Mikayılova, Afaq İsrayılov, Çimnaz Rəhimova 5 .Coğrafiya Mürşüd Babayev 6.Biologiya Aysel Lətifova 7.Fizika Məhparə Hüseynova 8.Texnologiya Fəridə Soltanova 9.İnformatika Əzizə Nuruyeva 10 Kimya Lalə Bayramlı 11Fiziki tərbiyə Elşən Ulxanov
Ucar Rayon M.H.Teymurov adına Boyat kənd tam orta məktəbinin direktoru Ləman xanım - Birinci Vətən müharibəsindəki məğlubiyyət illər boyu xalqımızın qəlbində bir dağ olmuşdur. Ata-baba torpaqlarından qovulmuş yurddaşlarımız illərlə yurd həsrətilə alışıb yanmışlar. Antimilli ünsürlərin hakimiyyəti zəbt etməsi, hakimiyyət uğrunda gedən mübarizələr torpaqlarımızın faktiki olaraq təslim edilməsinə gətirib çıxarmışdır. Xalqımızın faciələrlə dolu ağır günlərində onları düşündürən yalnız öz mövqeləri olmuşdur. Hakimiyyətdə olduqları müddətdə ölkəni bərbad vəziyyətdə qoymuş, qardaş qırğınına,vətəndaş müharıbəsinə səbəb olmuşlar.İgid oğullarımız Vətən uğrunda canlarından keçir,torpaqlarımız əldən gedir,onlar isə hakimiyyəti möhkəmləndirmək üçün hər cür xəyanətə əl atırdılar.Az bir müddətdə hakimiyyətdə olsalar da, xalqa, Vətənə vurduqları zərbə sarsıdıcı oldu. 30 ilə yaxın Azərbaycan özünü doğrultmağa, ayağa dürmağa çalışdı. Haqqını tələb etdi, ədalət aradı,səbrlə, qanunla rəftar etməyə çalışdı. Dayanmadı, əyilmədi, yolundan dönmədi. Lakin düşmən zəif olsa da, havadarları çox idi, haqqı, ədaləti boğmağa çalışırdılar. Elə bildilər ki,Azərbaycan xalqını əydilər.Ancaq bu, mümkün olmadı. Bütün dünya xalq birliyinin şahidi oldu. 30 ilə yaxın deyilən sözləri eşitməyən dünya ictimaiyyəti 44 günə xalq-iqtidar birliyinin nələr edə biləcəyinin şahidi oldu. Qarabağ müharibəsi başlayanda hələ dünyaya göz açmamış oğullar Qarabağ torpaqlarını mənfur düşməndən təmizlədilər. I Qarabağ müharıbəsində xəyanətə uğramış igidlərimizin övladları II Qarabağ müharibəsinin qəhrəmanları oldular.Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar,qazi oldular,tarixi ədaləti bərpa etdilər.Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandan birliyi dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi göstərdi ki, əsgər və zabitlərimiz torpaqlarımızı qorumağa , düşmənə layiqli cavab verməyə qadir və hazırdırlar. Hal-hazırda azad olunmuş torpaqlarımızda gedən quruculuq işləri bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycan torpağıdır və torpağın əsl sahibi öz yurduna qayıdıb. Bu gün Qarabağ günü –gündən çiçəklənir,həyatın hər sahəsində burada inkişaf gedir.”El bir olsa, zərbi kərən sındırar” deyib atalar. Azərbayca xalqı da el birliyi ilə Qarabağa həyatı qaytarır.