Heydər Yaqubov: Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
7-02-2024, 10:32
Sabirabad DAİM-in direktoru Heydər Yaqubov - “Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. Bu, çox əhəmiyyətli bayram idi, çünki ilk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi”. Cənab Prezidentimizi Bu qələbə münasibəti ilə təbrik edirəm. Seçkidə cənab İlham Əliyevin qalib olacağı şübhəsiz idi. Çünki cənab İlham Əliyev əsir torpaqlarımızın, el-obalarımızın xilaskarı, niskilli ana-bacılarımızın ümidi, inamı, hər bir vətəndaşın dayağıdır. Bunu hər bir insan görür, duyur və öz taleyində hiss edir. Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək hər birimizin vətəndaçlıq borcudur.
Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin inamlı qələbəsi Bakı şəhərində və regionlarda vətəndaşlar tərəfindən böyük coşğu ilə qeyd edilir.
Prezident seçkilərinin başa çatmasından sonra Dənizkənarı Milli Parkda Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirilir. Yürüşdə minlərlə vətəndaş iştirak edir. Tədbirə qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Azərbaycanın Xalq və Əməkdar artistləri qatılıblar. Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir.
Prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi bütün ölkə ərazisində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bayram əhvali-ruhiyyəsində qeyd edilir. Bu münasibətlə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında avtoyürüşlər təşkil edilir, minlərlə sakin küçə və prospektlərdə üçrəngli bayraqlarla qələbə şüarları səsləndirirlər.
Gəncə şəhərində də İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur. Şəhər sakinləri avtomobillərlə yürüş edərək, küçələrdə Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.
Bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində də sakinlər prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qeyd edirlər. 30 ildən sonra doğma yurdlarında məskunlaşan Füzuli sakinləri Zəfər qazanılan torpaqlarda Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.
30 ildən sonra ilk dəfə Qarabağda prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin inamlı qələbəsi münasibətilə Şuşa şəhərində isə avtomobillərin yürüşü və atəşfəşanlıq olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.
Axşam saatlarında paytaxt sakinləri, sənətçilər, ziyalılar və digərləri sevinc hisslərini paylaşmaq üçün Heydər Əliyev Mərkəzinin parkına toplaşıblar.