Sabirabad rayon Muradbəyli kənd tam orta məktəbinin direktoru Balakərim müəllim - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində üçrəngli bayrağımız bu gün uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır. Ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün natiqlər seçiciləri seçki günündə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar. "Prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı Azərbaycan xalqının həyatında yeni bir hadisə olacaq. Bu seçkilər müstəqillik tariximizin ən şərəfli səhifələrindən biri kimi yaddaşlarda qalacaq. Çünki bu dəfə biz qalib xalqın nümayəndələri kimi Zəfər seçkisinə qatılacaq və öz liderimizə səs verəcəyik. Fikrimcə, bu seçki ölkə vətəndaşlarının siyasi iradəsinin ifadəsi olmaqla, Prezident İlham Əliyevə xalqın etimadının və inamının növbəti ifadəsi kimi tarixə düşəcək". Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir və beynəlxalq normalara tam uyğundur, eyni zamanda bu seçkilərin keçirilməsi Prezidentin özünə inamının və xalqın dəstəyinə əminliyinin təzahürüdür.
İlham Əliyev qalib ölkənin qalib Prezidenti, Müzəffər Ali Baş Komandanıdır: "Dövlətimizin başçısı dünyada baş verən hadisələri diqqətlə analiz edir və xalqımızın xoşbəxtliyini, dövlətimizin suverenliyini və müstəqilliyini özünün həyat amalına çevirib. Otuz il işğal altında qalan torpaqlarımızın azad edilməsi, antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin kökünün kəsilməsi, Azərbaycanın bütün dünyada tanıdılması və beynəlxalq aləmdə böyük nüfuz qazanması məhz Prezidentin əvəzolunmaz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan dünyada iqtisadi cəhətdən inkişaf edən ölkələrdən biri olmaqla bərabər, həm də sülhün, əmin-amanlığın və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Prezident İlham Əliyev ən mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil edir, özünün bəşəri dəyərlərini ortaya qoyur və insanların xoşbəxt yaşayışı naminə sülhün təmin edilməsi istiqamətində bütün gücünü səfərbər edir. Azərbaycan Prezidenti beynəlxalq təşkilatların tribunalarından bəşəriyyəti sülhə səsləyir. Belə addımlar, sözsüz ki, sülhsevər xalqlar tərəfindən yüksək qiymətləndirilir".
"Azərbaycanı istəməyən bir çox qüvvələr, Qərbin bəzi siyasi dairələri ölkəmiz haqqında bu gün böhtan və şantaj xarakterli materiallar yaymaq, əsassız qətnamələr, qərarlar çıxarmaq, eləcə də Ermənistana dəstək göstərmək üçün əllərindən gələni edir və bizə qarşı düşmən mövqeyində dayanırlar. Belə bir dövrdə növbədənkənar seçkilər Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunu göstərəcək".
Vətəndaşlar siyasi iradələrini sərbəst formada ifadə edərək, öz namizədlərinə səs vermək imkanına malik olacaqlar. Prezident həmişə xalqla bir sırada dayanıb və xalqın mənafeyi uğrunda əlindən gələni edib: "Azərbaycanı işıqlı sabaha aparan, torpaqlarımızı düşməndən xilas edən, ölkəmizi qlobal aləmdə tanıdan və şöhrətləndirən məhz Prezident İlham Əliyevdir. Sözsüz ki, Azərbaycan xalqı bu dəfə də özünün xoşbəxt və firavan gələcəyinin qarantı olan müzəffər liderimiz İlham Əliyevə səs verəcək.