Vilayət Eyvazov: DİN əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də göstəriblər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
21-07-2023, 15:11
DİN-də görüş keçirilib
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Baş Komandanının müavini ordu generalı Ali Çardakçının başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Əvvəlcə cənab Ali Çardakçı və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər. İyulun 20-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan nazir Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb. Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Baş Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Baş Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib. Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Ali Çardakçı Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib. O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "Bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub. General-leytenant Şahin Məmmədov Türkiyə Jandarm Baş Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin daha da genişləndiyini qeyd edib, qonaqlara Qoşunların Vətən müharibəsindəki döyüş yolu və inkişafı barədə ətraflı məlumat verib. Səfər çərçivəsində dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrlə tanış olublar.
Daxili işlər naziri Mingəçevir şəhərində vətəndaş qəbulu və sıra baxışı keçirdi
Həmin gün nazir 96 vətəndaşı dinləyib, 32-si Vətən müharibəsi iştirakçısı olmaqla 225 gənci polis orqanlarında xidmətə qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 18-də və 19-da Mingəçevir Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.Nazir əvvəlcə Mingəçevir şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.Sonra Şəhər Polis Şöbəsinin inzibati binasında Yevlax, Ağdaş, Ucar,Şuşa,Tərtər,Mingəçevir şəhər və rayonlarından qəbula gələn 96 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 32-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov - Dövlətimizin başçısı da daim nazirliyin strukturunun və normativ-hüquqi bazasının, maddi-texniki təchizatının təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin və təminatının gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasını, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb. Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan Polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan yaradır.
Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.
Azərbaycan Polisi pandemiya dövründə vətəndaşımızın sağlamlığının qorunması üçün fasiləsiz xidmət aparırdı
Xüsusi vurğulamaq lazımdır ki, dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dövründə də Azərbaycan Polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Bu mühüm məsuliyyəti dərindən dərk edən daxili işlər orqanlarının əməkdaşları pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparırdı. Bu çətin günlərdə Azərbaycan Polisinin nümunəvi xidmətinə ən yüksək qiyməti də məhz Prezident İlham Əliyev vermişdi: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.
DİN əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də göstəriblər
Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
DİN-in şəxsi heyəti cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qoruyur və respublikada ictimai asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb.